Sükan arxasında ürəyi tutdu: maşını avtobusa çırpıldı

11:12 - 2 İyun 2023 - GÜNDƏM

 Sükan arxasında ürəyi tutdu: maşını avtobusa çırpıldı

Bakıda sürücünün ürəktutması səbəbindən qəza olub.

Bu barədə BUTA.TV-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, hadisə paytaxtın Tiflis prospekti ilə Əbdülvahab küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

İlkin məlumata görə, minik avtomobilində sürücünün sükan arxasında ürəktutması səbəbindən avtomobil idarəetmədən çıxaraq avtobusa çırpılıb.

Qəza nəticəsində Tiflis prospektindən mərkəz istiqamətinə sıxlıq müşahidə olunur.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol