Yenidən Türkiyə Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın 5 milyon 390 min türk lirəsi (259 min dollar) borcu var.
BUTA.TV xəbər verir ki, bu barədə “Rəsmi qəzet”də dərc olunan bəyanatda deyilir
“Hazırda Türkiyə liderinin hesablarında 1,8 milyon lirədən (86 min dollardan çox) çox vəsait var”, - bəyanatda deyilir.
Qeyd edək ki, 5 milyon lirə məbləğin kreditoru Mustafa Ərdoğan adlı şəxs göstərilir. Sənəddə onun kim olduğu qeyd olunmur. Türkiyənin “Diken” nəşri isə Mustafa Ərdoğanın Türkiyə Prezidentinin qardaşı olduğunu yazır.
Rəcəb Tayyib Ərdoğanın ailəsi İstanbulun Asiya hissəsindəki Üsküdar rayonunda 7 milyon 695 min türk lirəsi (382,9 min dollar) dəyərində ev və Qara dənizin Rize vilayətinin Dumankaya kəndində 2 min kvadratmetr torpaq sahəsinə malikdir. Bu ərazi 10 min lirə (480 dollar) olaraq qiymətləndirilir.
Bəyannaməyə görə, Ərdoğanın şəxsi avtomobili yoxdur. Onun üç türk bankındakı hesabları yalnız lirə ilə saxlanılır.
- İranda yeni proses: federasiya yaranır, Təbriz paytaxt olur...
- İrəvandan Əliyev-Paşinyan görüşü barədə yeni açıqlama
- Prezidentdən BƏƏ səfəri ilə bağlı paylaşım - Video
- Əliyev və Paşinyanın 5 saatlıq görüşündən çıxan nəticə
- Əbu-Dabidəki görüşün 5 saat çəkməsi o deməkdir ki... - Politoloq
- Rusiyanın kamikadze dronu səfirliyimizin yaxınlığına düşdü - Foto
- Qafqazda nə baş verir? - Rus mediası isterikaya düşdü
- Əliyevlə Paşinyan bununla bağlı göstəriş verdilər - Ermənistan XİN