İran dost ölkələrlə PUA operatorlarının hazırlanması sahəsində əməkdaşlıq etməyə hazırdır.
BUTA.TV xəbər verir ki, bu sözləri İran Hərbi Hava Qüvvələrinin komandanı, briqada generalı Həmid Vahidi deyib.
“İranda Şəhid Səttari adına Hərbi Hava Qüvvələri Mühəndislik Akademiyasında PUA fakültəsi açılıb və biz bir neçə ildir ki, bu sahədə operatorlar hazırlayır. Dost ölkələrə bu sahədə əməkdaşlığa hazır olduğumuzu bəyan etmişik”, - o bildirib.
O qeyd edib ki, düşmən radarlarından yayınan pilotsuz təyyarələr yaratmaq planı üzərində işləyirlər:
“Bumi Havapayeh” radarı bir müddət əvvəl uğurla sınaqdan keçirildi və ondan müsbət cavab aldıq. Yaxın vaxtlarda biz bütün qırıcıları bu radarla (radar stansiyası - red.) təchiz edəcəyik”.
Qeyd edək ki, İranın Ermənistana PUA-lar verdiyi və onların idarəsini öyrətmək üçün İrəvana mütəxəssislər göndərdiyi haqda məlumatlar hələ ötən ildən yayılıb.
- Dəhlizlə bağlı dəyişiklik edilə bilər - Xandanyan
- Azərbaycan Ordusunun sabiq xidmət rəisinin cəzası bəlli oldu
- Hərbi vəzifəlilərlə təlim toplanışı keçirildi - Video
- Hüquq müdafiəçisi: Türkiyənin Gültəkini Azərbaycana verməsi...
- Bakının tələbini qəbul etməyə məcbur olduq - Badalyan
- AXCP və “Müsavat”da vicdanlı, aldanmış şəxslər var...
- Azərbaycan o səhifəni tamamilə bağlayıb...
- Bakı Moskvadan AZAL təyyarəsi ilə bağlı suallarına cavab alıb