İranın Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən Mədəniyyət Mərkəzinin bağlanması İrana müxalif farsdilli media və Güney azərbaycanlı sosial şəbəkə istifadəçiləri tərəfindən rəğbətlə qarşılanıb.
BUTA.TV xəbər verir ki, bu barədə xaricdə fəaliyyət göstərən İrana müxalif KİV məlumat yayıb.
Sosial media istifadəçiləri Azərbaycan dövlətinin bu hərəkətini alqışlamaqla yanaşı, mərkəzin bağlanmasını “gecikmiş addım” olaraq dəyərləndirib:
“İranın Azərbaycandakı Mədəniyyət Mərkəzi Tehran hakimiyyətinin siyasi-ideoloji təbliğatı və agent cəlbi ilə məşğul olan qurum idi. Başqa ölkələr də Azərbaycanın bu hərəkətini nümunə götürməli, İranın casus yuvalarının fəaliyyətini qadağan etməlidir”.
Qeyd edək ki, İran tərəfi mərkəzin bağlanmasını Azərbaycan hökumətinin tələsik addımı kimi qələmə verib. Rejimin bir sıra media orqanları isə bunun İsrail Prezidenti İshaq Hersoqun Azərbaycana səfəri ilə, təxminən, eyni vaxtda baş verməsinin təsadüf olmadığını iddia ediblər.
- İrəvandan Əliyev-Paşinyan görüşü barədə yeni açıqlama
- Prezidentdən BƏƏ səfəri ilə bağlı paylaşım - Video
- Əliyev və Paşinyanın 5 saatlıq görüşündən çıxan nəticə
- Əbu-Dabidəki görüşün 5 saat çəkməsi o deməkdir ki... - Politoloq
- Rusiyanın kamikadze dronu səfirliyimizin yaxınlığına düşdü - Foto
- Qafqazda nə baş verir? - Rus mediası isterikaya düşdü
- Əliyevlə Paşinyan bununla bağlı göstəriş verdilər - Ermənistan XİN
- İrəvan Zəngəzur dəhlizi ilə bağlı buna razıdır - Təcili