Ekologiya və Təbii Sərvətlər Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə xəbərdarlıq edib.
BUTA.TV xəbər verir ki, qurum iyunun 4-ü gündüz və 5-dən 9-dək güclü küləkli hava şəraiti ilə əlaqədar əhalinin çoxmərtəbəli binaların, irigövdəli ağacların, təhlükə yarada biləcək hasarların yanında durmağı məsləhət görmür.
“Gursululuq dövrü nəzərə alınaraq leysan xarakterli yağışlarla əlaqədar çaylarda sululuğun artacağı və bunun nəticəsində bəzi dağ çaylarından sel keçəcəyi gözlənilir. Buna görə də əhalinin çay hövzələrindən kənarda durmağı məsləhət görülür”, - deyə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
- Misir Argentinaya qalib gəlir - Canlı-Yenilənir
- DTX Akademiyasında növbəti məzun buraxılışı oldu - Video
- Özbəkistan Azərbaycanla birgə donanma yaratmağı planlaşdırır
- İlham Əliyevin G20 sammitinə dəvət olunması... - Deputat
- Daha 30 ukraynalı uşaq ölkəmizə gətirildi
- Bu "arıqlama" məhsullarında təhlükəli maddə aşkarlandı
- “Slimlux” və başqa arıqlama məhsullarında təhlükəli maddə - Psixikanı poza bilər+Fotolar
- BTQ bu seçkilərin nəticələrinə görə görüş təşkil etdi