İranın dağıdıcı hərəkətlərinə qarşı durmaq vacib xarakter alıb.
BUTA.TV xəbər verir ki, bu sözləri Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji əlaqələr üzrə koordinatoru Con Kirbi bəyanatında deyib.
SEPAH-ın hipersəs raketini istehsal etdiyinə dair iddialarına münasibət olaraq yayımlanan bəyanatda İranın regiondakı hərəkətləri ilə mübarizə aparıldığı bildirilib:
“Bayden administrasiyası fəaliyyətə başladığı gündən İranın regionda sabitliyi pozan fəaliyyətlərinə, xüsusən də bu ölkənin qabaqcıl ballistik raket proqramının inkişafına qarşı çox şəffaf, dəqiq və qətiyyətli olub. İddia edilən hipersəs raketlə bağlı xəbərlərin təfərrüatını müzakirə etməyəcəyəm. Biz sanksiyalarımızı çox açıq şəkildə tətbiq etmişik və İranın regiondakı fəaliyyəti, o cümlədən, ballistik raket proqramı ilə faktiki olaraq mübarizə aparırıq”, - Kirbi bildirib.
Britaniya Xarici İşlər Nazirliyinin sözçüsü də məsələ ilə bağlı açıqlama verərək, İran hökuməti və onun raket proqramını dünya üçün təhlükə adlandırıb:
“İran BMT Təhlükəsizlik Şurasının raket proqramını dayandırmaq üçün dəfələrlə tələb etməsinə baxmayaraq, yeni ballistik raket istehsal etdiyini açıqlayıb. Bu, İranın beynəlxalq prinsiplərə davamlı etinasızlığını və bu hökumətin beynəlxalq təhlükəsizliyi ciddi təhdid etdiyini göstərir”, - Britaniya Xarci İşlər Nazirliyinin bəyanatında qeyd edilib.
Qeyd edək ki, İran “Fəttah” adlı ilk hipersəs raketini sınaqdan keçirdiyini açıqlayıb.
- Elşən İbrahimov Rusiyadan deportasiya olunur
- Baş nazir mühüm qərar imzaladı
- DSX mayoruna hücum: Ramal Aslanov ifadə verdi
- Azərbaycanla BƏƏ hərtərəfli tərəfdaşlıq sazişi imzaladı
- Nazir bu ölkələrin rəsmiləri ilə görüşdü - Video
- Azərbaycanı Ukraynanın bərpası konfransında bu şəxs təmsil edəcək
- Rusiyada həbs edilən azərbaycanlılarla bağlı yeni xəbər
- Əliyevlə Paşinyanın görüşü niyə BƏƏ-də keçirilir?