Sergey Lavrova tövsiyəm odur ki, Rusiya qoşunlarını Ukraynadan çıxarsın!
BUTA.TV xəbər verir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
“Nazir Lavrova demək istədiyim ilk şey odur ki, əgər siz Ukraynanın hərbi potensialından narahatsınızsa, o zaman qoşunlarınızı geri çəkib Ukraynanı tərk etməlisiniz”, - o bildirib.
Kirbi qeyd edib ki, F-16-lar Ukraynanın uzunmüddətli müdafiə ehtiyaclarının bir hissəsi kimi təmin ediləcək.
Qeyd edək ki, Lavrov F-16 qırıcılarının Ukraynaya təhvil verilməsinin eskalasiyaya gətirib çıxaracağını, qırıcıların modifikasiyalarından birinin nüvə silahı daşımaq qabiliyyətinə malik olduğunu bildirib.
- Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yeni təyinat
- Bu şəxslərin maaşlarında artım oldu
- Bu, müharibədən, böhrandan, təhdiddən daha dağıdıcı olur
- İrəvanla gündəlikdə olan əsas prioritet... - Hacıyev
- Azərbaycan aldadıcı hava hücumu həmləsi etdi - CNN
- Heç kim yaşamaq istədiyi həyatı yaşamır
- ABŞ-la danışıqlardan sonra sülh planı yaxşı görünür - Zelenski
- Əli Kərimlidən sonra növbə kimindir?