“Fortifikasiya” - silah və texnikaların effektiv istifadəsini, qoşunların davamlı idarəetməsini təmin edən, şəxsi heyətin və mülki əhalinin mühafizəsi üçün nəzərdə tutulan qurğulardır.
Bu sözləri BUTA.TV-a Ordumuzun son bir neçə gündə Qarabağda rus sülhməramlıların müvəqqəti məsuliyyət bölgəsindəki qanunsuz erməni silahlı dəstələrinin “fortifikasiya qurğuları” qurmasına cəhd etməsi haqda danışan hərbi ekspert Ədalət Verdiyev deyib.
Hərbi ekspert fortifikasiya qurğularının inşasının qanunsuz silahlı dəstələrin müqavimət gücünü artırmaq məqsədi daşıdığını qeyd edib:
“Sözügedən qurğuların inşa edilməsi birmənalı olaraq Qarabağda mövcud olan Ermənistan ordusunun qalıqlarının və qanunsuz silahlı dəstələrin Azərbaycana qarşı müqavimət potensialını artırmaq məqsədi güdür. Əgər onların inşasının qarşısı vaxtında alınmasa, gələcəkdə işğalçı ölkənin qanunsuz dəstələri qismən döyüş potensialını bərpa edə bilər. Buna görə də düşmən tərəfindən istənilən mühəndis və fortifikasiya qurğularının inşa edilməsinin qarşısı qətiyyətlə əngəllənməli, onlar artilleriyamız tərəfindən darmadağın edilməlidir”.
- Bu ərazilərdə işıq olmayacaq
- Dərnəgül yolunda dəhşətli qəza - Sürücü öldü - Video
- Tramp bu barədə əmri Ankarada olarkən verib
- Qurbanqulu Berdiməhəmmədov Azərbaycana təşəkkür etdi
- Dənizdə batan 28 yaşlı oğlanın meyiti tapıldı
- Suqovuşanda işçiləri daşıyan mikroavtobus aşdı
- Xocavənd və Şuşaya növbəti köç karvanı yola salındı
- Gəncləri rayona qaytarmağın yolu... - Ekspert