Son 5 gündə Xankəndini neçə erməni tərk edib?

16:46 - 7 İyun 2023 - GÜNDƏM

 Son 5 gündə Xankəndini neçə erməni tərk edib?

Qarabağdakı ermənilər son beç gündə kütləvi şəkildə Ermənistana gedir.

Publika.az xəbər verir ki, indiyə qədər separatçı rejim öz mövcudluğunu qorumaq naminə erməni əhalisinin Qarabağdan çıxışına mane olurdu. Lakin əhaliyə sona qədər təzyiq göstərə bilmədilər. Xüsusilə Ermənistanın Laçın postunun götürülməsi üçün beynəlxalq səviyyədə etdiyi cəhdlər baş tutmayandan və Paşinyanın “Qarabağ Azərbaycandır” bəyanatından sonra erməni əhalisinin gedişinə şərait yaradılır.

Laçın postundan keçən ermənilərlə bağlı kadrlar da təsdiq edir ki, onlar Azərbaycan qanunvericiliyinə uyğun şəkildə hərəkət edir, o cümlədən, Azərbaycan mülki şəxslərin sərbəst hətəkətinə tam şərait yaradır.

Məlumatlara görə, son 5 gündə Qarabağdan 100-ə qədər erməni Ermənistana köçüb. Bunu separatçıların qondarma “ombudsmanı” Qeqam Stepanyan da təsdiq edib.

Bu xəbər hal-hazırda çox oxunur
Putin yalan danışır, əslində isə... - Tramp

“Son 5 gündə 100-ə qədər erməni Qarabağdan Ermənistana köçüb, 110 nəfər isə Qarabağa qayıdıb”, - o deyib.

Stepanyanın açıqlamasının ikinci hissəsi – 110 nəfər erməninin qayıtması təbliğat məqsədi daşıyır. İyunun 5-də yaydıqları məlumatda da iddia edirdilər ki, “27 nəfər Ermənistana köçüb, 28 nəfər geri qayıdıb”. Və bununla qayıdanların gedənlərdən daha çox olduğu görüntüsü yaradırlar.

Birincisi, ermənilərin qayıtması ilə bağlı heç bir fakt – görüntü, yaxud informasiya yoxdur;

İkincisi, ermənilər mövcud vəziyyətdə Qarabağda qalmaq istəmir, çünki Azərbaycanın öz tələbləri var və separatçı rejim təslim olmamaq üçün əhalini belə qırğına verməyə hazırdır, bu baxımdan, ermənilərin əsas istəyi qayıtmaq yox, getməkdir;

Qarşıdakı dövrdə Ermənistana gedənlərin sayının daha da artacağı gözlənilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol