Türkiyədə yeni təyin olunan Ailə və sosial xidmətlər naziri Mahinur Özdəmir Göktaşla bağlı maraqlı məlumatlar ortaya çıxıb.
BUTA.TV Türkiyə mediasına istinadən xəbər verir ki, Mahinur Özdəmir Göktaş Belçikada mühacir ailəsində doğulub.
O, Azad Brüssel Universitetində “Siyasi elmlər” fakültəsində təhsil aldıqdan sonra Belçikada fəaliyyət göstərən CHD Partiyasına üzv olub. Bir müddət sonra Belçika parlamentində "erməni soyqırımı"nın tanınması ilə bağlı keçirilən müzakirələr zamanı Göktaşın təmsil etdiyi partiya rəhbərliyi bütün üzvlərin bu “soyqrımı” tanımasını tələb edib. Göktaş isə buna kəskin etirazını bildirib. Nəticədə onu partiyadan xaric ediblər.
Belçika parlamentində baş verənləri və Göktaşın qətiyyətini görən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “bu qıza sahib çıxın” göstərişini verib. Bunda sonra Göktaş 2019-cu ilin sentyabrında Türkiyənin Əlcəzirədəki səfiri təyin edilib.
Dörd il burada səfir kimi fəaliyyət göstərən Göktaş Türkiyədə mayın 28-də keçirilən prezident seçkilərinin 2-ci turundan sonra bu ölkənin ailə və sosial xidmətlər naziri vəzifəsinə təyin edilib.
- Elşən İbrahimov Rusiyadan deportasiya olunur
- Baş nazir mühüm qərar imzaladı
- DSX mayoruna hücum: Ramal Aslanov ifadə verdi
- Azərbaycanla BƏƏ hərtərəfli tərəfdaşlıq sazişi imzaladı
- Nazir bu ölkələrin rəsmiləri ilə görüşdü - Video
- Azərbaycanı Ukraynanın bərpası konfransında bu şəxs təmsil edəcək
- Rusiyada həbs edilən azərbaycanlılarla bağlı yeni xəbər
- Əliyevlə Paşinyanın görüşü niyə BƏƏ-də keçirilir?