Dənizdə dalğanın hündürlüyü 3,2 metrə çatdı

17:18 - 7 İyun 2023 - GÜNDƏM

 Dənizdə dalğanın hündürlüyü 3,2 metrə çatdı

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a bildirilib ki, iyunun 7-si saat 16:00-a olan məlumatına əsasən Naxçıvan, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Şəki, Qusar, Mingəçevir, Qrız, Şahdağda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Göygöl, Balakən, Şahdağ, Qrızda duman müşahidə olunub. Qax rayonundan keçən Kürmükçayda gecədən başlayan sel hazırda davam edir.

Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 16 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3,2 metrə çatıb.

Bu xəbər hal-hazırda çox oxunur
Putin yalan danışır, əslində isə... - Tramp

Havanın temperaturu hazırda Bakıda və Abşeron yarımadasında 24-29, Naxçıvan Muxtar Respublikasında 27-29, dağlıq rayonlarda 12-14, Aran rayonlarında 20-25 dərəcə isti, yüksək dağlıq ərazilərdə 6 dərəcəyədək istidir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol