Azərbaycanda rəsmi səfərdə olan Macarıstanın müdafiə naziri Kristof Szalay-Bobrovnicskinin rəhbərlik etdiyi nümayəndə heyəti "N" hərbi hissəsini ziyarət edib.
Bu barədə BUTA.TV-a Müdafiə Nazirliyindən məlumat verilib.
Əvvəlcə nümayəndə heyəti Bakı və Sumqayıt şəhərlərində içərisində macar əsgərlərinin də olduğu hərbi əsirlərin dəfn olunduğu məzarlıqları ziyarət edərək abidələrin önünə əklillər qoyub, xatirələrini yad edib.
Macarıstanlı qonaqlar rayon icra hakimiyyətlərinin nümayəndələrinə məzarlıqlara göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.
Sonra "N" hərbi hissəsinə gələn nümayəndə heyətinə hərbi hissənin döyüş yolu və şəxsi heyətin hazırlıq prosesi haqqında ətraflı brifinq təqdim edilib.
Qonaqlar burada hərbi qulluqçular üçün yaradılan şərait, silah və döyüş texnikası ilə tanış olub, hərbi hissənin təlim mərkəzində nümunəvi çıxışları izləyiblər.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkili çəkdirilib.
- Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yeni təyinat
- Bu şəxslərin maaşlarında artım oldu
- Bu, müharibədən, böhrandan, təhdiddən daha dağıdıcı olur
- İrəvanla gündəlikdə olan əsas prioritet... - Hacıyev
- Azərbaycan aldadıcı hava hücumu həmləsi etdi - CNN
- Heç kim yaşamaq istədiyi həyatı yaşamır
- ABŞ-la danışıqlardan sonra sülh planı yaxşı görünür - Zelenski
- Əli Kərimlidən sonra növbə kimindir?