Naxçıvan Muxtar Respublikasının Zəngəzur dəhlizi vasitəsilə tranzit nəqliyyat şəbəkəsinə çevrilməsi yaxın gələcəkdə mümkün olacaq.
BUTA.TV xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli jurnalistlərə müsahibəsində bildirib.
O qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamı Muxtar Respublikanın ictimai-siyasi həyatında olduqca mühümdür:
"Naxçıvanın həyatında bu qədər geniş və əhatəli, bütün sahələrə dair təkliflərlə konkret həlli yolları olan ikinci bir proqram demək olar ki, yox idi. Dövlət proqramı Naxçıvanın inkişafına böyük təkan verəcək. Həm də ölkə iqtisadiyyatının özünəməxsus şəkildə inkişaf etdirilməsinə böyük töhfə olacaq".
- Azərbaycanda qanunsuz yaşayan 5 minə yaxın əcnəbi saxlanıldı
- Mərdəkanda dənizdə batan 16 yaşlı oğlanın meyiti tapıldı
- Bu ərazilərdə işıq olmayacaq
- Dərnəgül yolunda dəhşətli qəza - Sürücü öldü - Video
- Tramp bu barədə əmri Ankarada olarkən verib
- Qurbanqulu Berdiməhəmmədov Azərbaycana təşəkkür etdi
- Dənizdə batan 28 yaşlı oğlanın meyiti tapıldı
- Suqovuşanda işçiləri daşıyan mikroavtobus aşdı