Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov Naxçıvan Muxtar Respublikası normativ hüquqi aktlarının hüquqi ekspertizasının aparılması üzrə Komissiyanın yaradılması haqqında Sərəncam imzalayıb.
BUTA.TV xəbər verir ki, sərəncama əsasən, Naxçıvan Muxtar Respublikası normativ hüquqi aktlarının hüquqi ekspertizasının aparılması üzrə aşağıdakı tərkibdə ictimai əsaslarla fəaliyyət göstərən Komissiya yaradılır.
Komissiyanın sədri
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Qanunçuluq və hüquq mühafizə orqanları ilə şöbəsinin müdiri.
Komissiyanın üzvləri
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Qanunçuluq və hüquq mühafizə orqanları ilə şöbəsi müdirinin müavini,
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi,
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının Hüquq şöbəsinin müdiri,
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik bölməsinin rəisi.
Komissiya normativ hüquqi aktların ekspertizasını həyata keçirib ləğv və ya dəyişikliklər edilməsi təklif olunan aktlarla bağlı təkliflərini Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etməlidir.
- “Elçin şəhid olandan sonra yolumu dəyişdim, hərbiyə getdim...” - Video
- Bu ərazidə yağıntılar aylıq normanı keçdi
- Bakıda ağır qəza: hərbçi öldü
- Nazir ona yeni vəzifə verdi - Foto
- Azərbaycanda qanunsuz yaşayan 5 minə yaxın əcnəbi saxlanıldı
- Mərdəkanda dənizdə batan 16 yaşlı oğlanın meyiti tapıldı
- Həmin quyuya daha bir maşın düşdü - Video
- Bu ərazilərdə işıq olmayacaq