Ermənistan Avropa dövlətidir və əgər Avropa Birliyinə üzv olmaq istəyini ifadə edərsə, o zaman biz İrəvanı bu yolda fəal şəkildə dəstəkləyəcəyik.
BUTA.TV xəbər verir ki, bu sözləri Almaniya Bundestaqının Xarici əlaqələr komitəsinin sədri Mixael Rot İrəvanda jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu, Ermənistanın öz iradəsi ilə olmalıdır:
“Biz Ermənistanla həm siyasi, həm də iqtisadi əlaqələrin dərinləşməsinə, bu kontekstdə viza rejiminin liberallaşdırılması prosesinə əhəmiyyət veririk”.
Mixael Rot Qarabağla bağlı sualı da cavablandırıb və bildirib ki, Qarabağdakı ermənilərin təhlükəsiz yaşamaq hüququ sülh danışıqlarının komponenti olmalıdır:
“Biz Qarabağ ermənilərinin təhlükəsiz yaşamaq hüququnu çox yüksək qiymətləndiririk. Hesab edirik ki, bu, davamlı sülh danışıqlarının mərkəzi komponenti olmalıdır”.
O, Ermənistan-Azərbaycan danışıqlarının Almaniya və Fransanın iştirakı ilə davam etdiriləcəyini də bildirib:
“Yaxın vaxtlarda Vaşinqtonda ciddi danışıqlar aparılacaq (XİN başçılarının 12 iyunda Vaşinqtonda görüşü nəzərdə tutulur – red.). Bu danışıqlar AB-də də müxtəlif formatlarda davam edəcək”.
- Əliyevlə Paşinyanın görüşü niyə BƏƏ-də keçirilir?
- Səbinə Əliyevadan bu cavabı gözləyirəm - Moskalkova
- Abu-Dabidə sülh olacaqmı? - Paşinyana qarşı 3 qüvvə birləşdi
- Rəsmi Bakıdan İran səfirinə cavab
- Rubionun Bakı və İrəvanla bağlı son bəyanatı... - Bryus
- Kremlin Maska dəstəyi Trampı özündən çıxartdı
- Rus deputatdan Bakıya mühüm mesaj: Səbirsizliklə gözləyirik!
- İlham Əliyevlə Paşinyan sabah görüşəcək