İran Türkiyəyə qarşı təbliğat mərkəzi yaradır

18:08 - 8 İyun 2023 - GÜNDƏM

 İran Türkiyəyə qarşı təbliğat mərkəzi yaradır

İran hökuməti Qərbi Azərbaycan əyalətində Türkiyəyə qarşı siyasi-ideoloji təbliğat mərkəzi və televiziya kanalı qurmaq niyyətindədir.

BUTA.TV xəbər verir ki, belə bir təbliğat vasitəsinin qurulması üçün Qərbi Azərbaycan əyalətinin kürd əsilli valisi Məhəmməd Sadiq Mötəmediyan tələb və təklif irəli sürüb.

“Ölkəyə qarşı xaricdən 24 saatlıq separatçı fikirləri təbliğ edən yüzlərlə media orqanı və televiziya kanallarının fəaliyyət göstərdiyi bir vaxtda Qərbi Azərbaycanda xaricə yayım üçün Türkiyə türkcəsində televiziya kanalının açılması vacibdir",- vali bildirib.

Ehtimala görə, Məhəmməd Sadiq Mötəmediyanın yeni təklif və tələbinin son vaxtlar Türkiyə mediasının İranda qeyri-fars xalqlara, xüsusən azərbaycanlılara qarşı ayrı-seçkilik edildiyi ilə bağlı məlumatların yayılması səbəb olub.

Bu xəbər hal-hazırda çox oxunur
Putin yalan danışır, əslində isə... - Tramp

Qeyd edək ki, İran hökumətinin müxtəlif dillərdə, o cümlədən Türkiyə türkcəsində siyasi-ideoloji təbliğatını aparan, "islam inqilabının ixracı" nəzəriyyəsini təbliğ edən media orqanları və televiziya kanalları fəaliyyət göstərir.

Cavidan


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol