Əks-hücumun əsas zərbəsi endirilməyib - Polkovnik

08:32 - 10 İyun 2023 - GÜNDƏM

 Əks-hücumun əsas zərbəsi endirilməyib - Polkovnik

Hazırda Baxmut ətrafında da döyüşlər gedir, lakin döyüş əməliyyatlarının intensivliyi xüsusilə Zaporojye vilayətində güclü şəkildə artıb.

BUTA.TV xəbər verir ki, bunu Estoniya Müdafiə Qüvvələrinin Kəşfiyyat Mərkəzinin rəisi, polkovnikMarqo Qrosberq Ukrayna cəbhəsində baş verənləri şərh edərkən deyib.

Qrosberqin sözlərinə görə, əks-hücumda əsas zərbə hələ də endirilməyib, daha doğrusu, müdafiəni yarıb keçə biləcək mümkün boşluqların axtarışı gedir:

"Amma biz ötən payızda Xarkovdakı kimi irimiqyaslı və nəhəng hücumu görməyə bilərik. Düzünü desək, Rusiya silahlı qüvvələrinin də hazırlaşması üçün doqquz ay var idi. Bunun üçün boşluq tapmaq uzun müddət çəkə bilər. Eyni zamanda, Ukrayna ordusu da cinahlarını gücləndirməlidir".

Kəşfiyyatçı real əks-hücumun, məsələn, Xarkov əməliyyatı ilə eyni miqyasda və effektli olacağını iddia etməyə tələsmir:

"Bu hücum əməliyyatı, şübhəsiz ki, payızda Xarkov istiqamətində olduğundan daha mürəkkəb, daha çoxşaxəli olacaq. Hər şey, belə demək mümkünsə, dönüş nöqtəsinin harada olmasından asılıdır. Hesab edirəm ki, orada hər tərəfdən imkanlar var".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol