Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri cənab Yaşar Gülərə başsağlığı ünvanlayıb.
BUTA.TV başsağlığının mətnini təqdim edir:
"Ankaranın Almadağ bölgəsindəki zavodda baş vermiş partlayış nəticəsində beş nəfərin həlak olması və insanların yaralanması xəbəri məni hədsiz kədərləndirir. Həlak olmuşlara Allahdan rəhmət diləyir, yaxınlarının dərdinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir və səbir arzulayıram. Ruhları şad, xatirələri əziz olsun. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm.
Allah rəhmət eləsin".
- Onlara diplomatik rütbə verildi
- “Park Yasamal”da hazır və tikintisi davam edən binalarda mənzillər...
- Xaçmazda əməliyyat: saxlanılanlar var
- Akademik Əjdər Məcidov vəfat etdi - Foto
- HHQ və XTQ komandanları təltif olundu
- Küləkli hava nə vaxta qədər davam edəcək?
- Duranın 12 milyonluq transferi təsdiqləndi - “Seltik”dən açıqlama
- Quru Qoşunlarında əməliyyat təlimi keçirilir - Video