Sosial şəbəkələrdə İran parlamentinin sədri Məhəmməd Bagir Qalibaf və “Əmmar” Strateji Düşərgə Şurasının rəhbəri Mehdi Taebə aid olduğu bildirilən səs yazısı yazılıb.
BUTA.TV xəbər verir ki, səs yazısında Taeblə Qalibafın Türkiyə ordusunu və onun hərbi qüdrətini müzakirə etdikləri məlum olur.
Söhbətin mətnini təqdim edirik:
Mehdi Taeb: Türkiyə sözdə “vuraram, elə edərəm, belə edərəm” deyir. Meydana gəlir, İdlibdə onun əlində olan yoldan geri çəkilməli olduğunu deyirik, sabahısı gün geri çəkilir.
Qalibaf: İraqda özünü vurmuşdu.
Mehdi Taeb: İraq deyil ki! Bizik. Türklərin problemi budur: yanacaqları yoxdur. Əgər savaş olarsa, yanacaq idxal olunduğu üçün limanını raketlə vurun, səhərisi artıq tanklarının yanacağı olmayacaq. Tank daş kömürlə işləmir ki! Tutaq ki, elektriki daş kömürdən əldə etdiniz...
Qalibaf: - Embarqolarda biz Türkiyədən (yardım) istəyirdik…
Mehdi Taeb: Çünki özlərinin xeyri vardı.
Qalibaf: - İndi də var.
Mehdi Taeb: - İndi də var…
Qeyd edək ki, “Əmmar” 2008-ci il seçkilərindən sonra “yumşaq müharibə” (təbliğat savaşı) ilə məşğul olmaq üçün yaradılıb. Taeb həmçinin 27-ci Orduya və Ali Şurasının plan və proqram bölməsinə cavabdeh idi.
- Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yeni təyinat
- Bu şəxslərin maaşlarında artım oldu
- Bu, müharibədən, böhrandan, təhdiddən daha dağıdıcı olur
- İrəvanla gündəlikdə olan əsas prioritet... - Hacıyev
- Azərbaycan aldadıcı hava hücumu həmləsi etdi - CNN
- Heç kim yaşamaq istədiyi həyatı yaşamır
- ABŞ-la danışıqlardan sonra sülh planı yaxşı görünür - Zelenski
- Əli Kərimlidən sonra növbə kimindir?