Ukraynanın gözlənilən əks-hücum əməliyyatı başlayıb. Qərb mediasında (misal üçün “Forbes”, “Bild” və s.) Ukrayna ordusunun ilkin mərhələdə istənilən uğuru əldə edə bilmədiyi iddiaları irəli sürülür, əgər bu doğrudursa, normal hesab edilə bilər, çünki onlar rusların möhkəmlənmiş müdafiə xəttinə qarşı vuruşurlar.
Ümumiyyətlə, Ukrayna müharibəsinin hərbi nəticələri ilə bağlı qeyri-müəyyənlik əvvəldən olub, hər iki tərəf öz mövqeyinə uyğun informasiya tirajlayır, Qərb mediası da bu məsələdə iki hissəyə bölünüb. Bu baxımdan, nəzərəçarpacaq nəticə olmadığı müddətdə yayılan informasiyalara inam azdır.
Əks-hücumun nəticəsindən çox şey asılıdır: Qərbin Kiyevə dəstəyinin davam etdirilməsi, mümkünlüyü sual altında olsa da, qurulacaq danışıqlar masasında tərəflərin mövqeləri arasındakı balans, o cümlədən, təkcə Ukraynanın yox, bütöv regionun da taleyi…
Uzunmüddətli və ağır döyüşlər olacağı məlumdur. Və Ukrayna cəbhəsində baş verənlər Qarabağdakı proseslərin inkişafına da təsir edən amildir. Çünki Rusiya Ukraynada müharibəyə başladıqdan sonra Azərbaycan Qarabağ iqtisadi rayonunda irəliləyişlərə nail oldu. Əks-hücum əməliyyatının başlanması bu kontekstdə bizim üçün yeni imkanlar açır və istisna deyil ki, Ukrayna cəbhəsində döyüşlər şiddətləndikcə, rəsmi Bakı Qarabağdakı mövqelərini də irəlilədə bilər.
- 19 bankda əmanətlərin ümumi məbləği açıqlandı
- Anomal isti bu insanlar üçün əlverişsizdir
- Məşhurların pulları hara getdi? - “Ahbap”a ianələr
- Ağdamın daha 2 kəndində yanğın başladı
- Tiktokda küçə söyüşləri söyən qadınla bağlı qərar
- Gürcüstanda enerji böhranı: Bakı-Tiflis qatarı da yolda qaldı
- Bakı-Tbilisi qatarı yolda qaldı - Gürcüstandakı işıq probleminə görə
- Onların həyatı təhlükədə: Hər an ölüm baş verə bilər...