Bağışlayın, cənab Kılıçdaroğlu, siz yox, biz seçkiləri 2-ci tura keçirdik. Seçkidən əvvəl tərəfdarlarınız Məhərrəm İncəyə etdiyini mənə də elədi.
BUTA.TV xəbər verir ki, bunu ATA İttifaqının prezidentliyə keçmiş namizədi Sinan Oğan CHP rəhbəri Kamal Kılıçdaroğlunun Ərdoğanın ilk turda məğlub olduğunu iddia etməsinə cavab olaraq deyib.
"Mən də İncə bəy kimi geri çəkilsəydim, seçkilər ikinci tura qalmayacaqdı. Cənab Ərdoğan da birinci turda balkon çıxışı edəcəkdi. Ayağa qalxıb seçkilərin ikinci turunu öz uğurunuz kimi göstərməyiniz bir az qəribə oldu”, - S.Oğan vurğulayıb.
Qeyd edək ki, mayın 14-də keçirilən seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçirilib. İkinci turda Sinan Oğanın da dəstək verdiyi Ərdoğan qalib gəlib.
- Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yeni təyinat
- Bu şəxslərin maaşlarında artım oldu
- Bu, müharibədən, böhrandan, təhdiddən daha dağıdıcı olur
- İrəvanla gündəlikdə olan əsas prioritet... - Hacıyev
- Azərbaycan aldadıcı hava hücumu həmləsi etdi - CNN
- Heç kim yaşamaq istədiyi həyatı yaşamır
- ABŞ-la danışıqlardan sonra sülh planı yaxşı görünür - Zelenski
- Əli Kərimlidən sonra növbə kimindir?