Bu gün günorta saatlarında Türkiyənin paytaxtı Ankaraya güclü yağış yağıb. Leysan yağışları nəticəsində ictimai iaşə müəssisələrinin və binaların zirzəmilərini, fərdi yaşayış evlərinin həyətlərini su basıb, nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb.
BUTA.TV xəbər verir ki, küçə və parklarda yağışa hazırlıqsız yaxalanan vətəndaşlar bağlı ərazilərdə leysan yağışının dayanmasını gözləyib.
Çankaya rayonunda Yenişehir Qapalı Bazarının qarşısında dərin gölməçələrin əmələ gəlməsi nəticəsində avtomobillərin hərəkəti iflic olub və maşınlar suyun içində sönüb qalıb. Avtomobillərində qalan bəzi vətəndaşlar, o cümlədən uşaqlar yanğınsöndürənlər tərəfindən xilas edilib.
Ankara metrosunu da su basıb. Keçiören mahalının Etlik məhəlləsində torpaq sürüşməsi nəticəsində binanın istinad divarı uçub.
Ankara valisi Vasip Şahin sosial media hesabında güclü yağış səbəbindən bəzi yeraltı keçidlərin nəqliyyata bağlandığını açıqlayıb.
Bildirilir ki, yağışlı hava şəraiti qarşıdakı günlərdə də davam edəcək.
- Bu üç rayonda subasma fəsadlarının qarşısı alınır - Video
- ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verir!
- Uşağı məktəbəqədər hazırlığa gedəcək valideynlərin nəzərinə!
- Bu ərazilərdə söküntü gedir - Ünvanlar
- "Any Unboxing" dələduzluq piramidasını ifşa edildi
- KMBİ-dən “Any Unboxing”ə qarşı əməliyyat - 2,5 milyona yaxın ziyan dəyib-Video
- Çay sahilində köməksiz qalan şəxs xilas olundu - Video
- Sərraf Orucova hökm oxundu