İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianla qətərli həmkarı Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim əs-Sani arasında telefon danışığı baş tutub.
BUTA.TV xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
XİN rəhbərləri ikitərəfli əməkdaşlıq və iki ölkə arasında əlaqələr, eləcə də bəzi digər regional və beynəlxalq məsələləri müzakirə ediblər.
İranlı nazir ölkəsi və Qətər arasında dostluq münasibətlərindən bəhs edərək, ikitərəfli əlaqələrin daha da genişlənəcəyinə əminliyini vurğulayıb.
Qətər naziri də öz növbəsində İran və Qətər arasında dostluq münasibətlərindən məmnunluğunu ifadə edib.
O, həmçinin əlaqələrdəki səyləri və irəliləyişi yüksək qiymətləndirib və iki ölkə arasında sıx məsləhətləşmələrin davam etdirildiyini vurğulayıb.
- Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yeni təyinat
- Bu şəxslərin maaşlarında artım oldu
- Bu, müharibədən, böhrandan, təhdiddən daha dağıdıcı olur
- İrəvanla gündəlikdə olan əsas prioritet... - Hacıyev
- Azərbaycan aldadıcı hava hücumu həmləsi etdi - CNN
- Heç kim yaşamaq istədiyi həyatı yaşamır
- ABŞ-la danışıqlardan sonra sülh planı yaxşı görünür - Zelenski
- Əli Kərimlidən sonra növbə kimindir?