İstanbul Böyükşəhər Bələdiyyəsinin başqanı Əkrəm İmamoğlu CHP sədrliyinə namizəd olub-olmayacağı sualına cavabdan yayınıb.
BUTA.TV xəbər verir ki, o, “böyük dəyişiklik” fikrində qərarlı olduğunu bildirib.
“Mənim namizəd olduğum tək bir şey var: ölkəmizdə, eynilə İstanbulda olduğu kimi, böyük bir dəyişiklik”, - İmamoğlu deyib.
CHP sədri Kamal Kılıçdaroğlunun Əkrəm İmamoğlunun qurultayda partiya sədrliyinə namizəd ola biləcəyi haqda mediaya açıqlaması istiqamətində sualı isə bələdiyyə sədri belə cavablandırıb:
“Ekranlar və televiziyalar üzərindən, başda partiyamın sədri olmaqla, ayrı-arı fərdlərə mesaj göndərməyi yanlış hesab edirəm. Buralardan mesaj göndərməkdənsə, üz-üzə müzakirənin daha doğru və tutarlı olacağını düşünürəm”.
Qeyd edək ki, CHP sədri Kamal Kılıçdaroğlu qurultayda Əkrəm İmamoğlunun partiya sədrliyinə namizədliyinə qarşı olmadığını, ancaq İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyini digər partiyaya verməyi də doğru saymadığını açıqlamışdı.
- İlham Əliyev Trampa başsağlığı verdi
- Azərbaycandakı rus icması Bakını seçdi - Primakovdan etiraf
- Azərbaycan sərhədində müharibə təhlükəsi: Bu gün...
- Azərbaycanla barışdıqdan sonra pul sel kimi axacaq - Sukiasyan
- Xankəndidə ABŞ-ın bu mesajını İrana çatdırdıq
- Tramp və Netanyahu Xameneinin öldürülməsi qərarını müzakirə edir
- Ermənistanla buna nail olmuşuq, bu, yaxşı əlamətdir
- Bakıya qarşı təxribat aparan “Lenta.ru”nun rəhbəri niyə dəyişdi?