Azərbaycanda ötən gün bəzi yerlərdə müşahidə olunan qeyri-sabit hava şəraiti nəticəsində Qubada bir neçə avtomobil yolunda hərəkətdə yaranmış məhdudiyyətlər aradan qaldırlıb.
Bu barədə BUTA.TV-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Bildirilir ki, intensiv yağıntılar nəticəsində sel sularının özü ilə bərabər lil və qaya parçaları gətirərək yolların hərəkət hissəsini doldurması ilə Çayqovuşan-Yerfi-Qayadalı və Çayqovuşan-Adur avtomobil yollarının bəzi hissələri yararsız hala düşüb, Yerfi kəndi ərazisində Babaçay çayı üzərində mövcud körpünün yanaşma hissəsi (təqribən 11-12 m uzunluqda) dağılıb.
Sözügedən yollarda yaranmış problemlə bağlı məlumat daxil olan kimi dərhal qeyd olunan ərazilərə Agentliyə məxsus “11 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.
Yollarda aparılan təxirəsalınmaz tədbirlər nəticəsində hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub.
- Valideynlərin diqqətinə: Məktəb seçimi bu tarixdən başlayır
- “Zirə” ilk oyunu darmadağınla qazandı - Yenilənib+Video
- Sərnişinləri ödənişsiz avtobuslar daşıyacaq - Sel dəmiryolunu bu hala qoydu
- Qax–Balakəndə sel: qatarların hərəkəti məhdudlaşdırıldı
- Elvin sabahkı matçda oynayacaq? - Açıqlama
- Biləsuvarda güclü qum burulğanı... - Video
- YAP-ın təşkilat sədri saxlanıldı - Xaçmazda əməliyyat
- Bu üç rayonda subasma fəsadlarının qarşısı alınır - Video