ABŞ-da dəhşətli partlayış: estakada çökdü - Video

23:40 - 12 İyun 2023 - GÜNDƏM

 ABŞ-da dəhşətli partlayış: estakada çökdü - Video

ABŞ-ın Filadelfiya ştatının Şərq sahilində magistral yolda avtosisterinin partlaması nəticəsində estakadanın bir hissəsi uçub.

BUTA.TV yerli mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmayıb.

Yanğının baş verdiyi sisterndə 8500 qalon məhsul olub. İlkin məlumata görə, yanacaq Delaver çayına axmayıb.

Nəqliyyat naziri Pit Buttiç insidentin Filadelfiya və region üçün ciddi fəsadları olacağını açıqlayıb.

Qəzanın baş verdiyi avtomobil yolunun hissəsi Filadelfiyanın şimal-şərqində əhalinin sıx məskunlaşdığı ərazidə yerləşir.

Qeyd edilir ki, qəza ilə bağlı ABŞ Prezidenti Co Baydenə məruzə edilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol