Dünyamız bəlkə də indiki qədər təhlükəli olmayıb.
BUTA.TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elman Nəsirov deyib.
Deputat bildirib ki, dövlətlərarası münasibətlərə ən yaxşı nümunə Türkiyə-Azərbaycan əməkdaşlığıdır:
“Bu il Türkiyədə baş verən əsrin faciəsinin - zəlzələnin fəsadlarının aradan qaldırılmasında Azərbaycan Türkiyəyə dəstək oldu. Kahramanmaraşda Azərbaycan Prezidenti 1000 evin tikintisini öz üzərinə edib. Ərdoğanın növbəti dəfə prezident seçiləndən sonra ilk dövlət səfərini Azərbaycana etməsi regionda davamlı sülhün əldə edilməsinə gətirib çıxaracaq. Bu səfər Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması baxımından da etimad mühitini formalaşdıra bilər”.
- Samuxda ağır qəza - 3 nəfər öldü
- Valideynlərin diqqətinə: Məktəb seçimi bu tarixdən başlayır
- “Zirə” ilk oyunu darmadağınla qazandı - Yenilənib+Video
- Sərnişinləri ödənişsiz avtobuslar daşıyacaq - Sel dəmiryolunu bu hala qoydu
- Qax–Balakəndə sel: qatarların hərəkəti məhdudlaşdırıldı
- Elvin sabahkı matçda oynayacaq? - Açıqlama
- Biləsuvarda güclü qum burulğanı... - Video
- YAP-ın təşkilat sədri saxlanıldı - Xaçmazda əməliyyat