Zaqatala polisindən əməliyyat: saxlanılan var

20:50 - 27 İyun 2023 - GÜNDƏM

 Zaqatala polisindən əməliyyat: saxlanılan var

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılaraq istintaqa təhvil verilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan BUTA.TV-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı rayon sakini, əvvəllər də məhkum olunmuş Aslan Əzizov şübhəli şəxs qismində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan kağız bükümdə marixuana aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə A.Əzizovun pay torpaq sahəsindəki yarımtikiliyə də baxış keçirilib və oradan 1 kiloqram 400 qramdan artıq marixuana aşkarlanıb.

Bu xəbər hal-hazırda çox oxunur
Rusiyadan Bakıya çağırış

Saxlanılan şəxsin ətrafında zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol