Bakıda iaşə obyektində qətl: saxlanılan var

01:38 - 28 İyun 2023 - GÜNDƏM

 Bakıda iaşə obyektində qətl: saxlanılan var

Bakıda iaşə obyektində qətl hadisəsi baş verib.

Bu barədə BUTA.TV-a Xəzər rayon prokurorluğundan bildirilib.

Belə ki, iyunun 27-si, saat 23 radələrində paytaxtın Xəzər rayonu, Qala qəsəbəsində yerləşən iaşə obyektlərindən birində 1984-cü il təvəllüdlü Zaur Nəmətovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla 1995-ci il təvəllüdlü Akif Məcidovun aralarında yaranmış mübahisə zamanı Zaur Nəmətova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Bu xəbər hal-hazırda çox oxunur
Rus politoloq Azərbaycanı bu sözlərlə hədələdi

Fakta görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Akif Məcidov iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol