Köçəryanın ailə üzvləri Baş Prokurorluğa çağırıldı

13:32 - 18 İyul 2023 - GÜNDƏM

 Köçəryanın ailə üzvləri Baş Prokurorluğa çağırıldı

Ermənistanın eks-prezidenti Robert Köçəryanın ailəsinin bütün üzvləri, o cümlədən gəlinləri Baş Prokurorluğun Qanunsuz Əldə Olunmuş Əmlakın Müsadirəsi İdarəsinə çağırılıb.

BUTA.TV xəbər verir ki, bu barədə “Azdarar” portalı məlumat yayıb.

Qeyd edək ki, Ermənistanın Antikorrupsiya Məhkəməsi Baş Prokurorluğun vəsatəti əsasında Robert Koçaryan və ailə üzvlərinə məxsus əmlaklara həbs qoyub. Söhbət 20 daşınmaz əmlak, 2 avtomobil, ümumi məbləği 1,5 mln. dollar olan vəsait və 10 mlrd. dramlıq qiymətli kağızlardan gedir. R.Koçaryanın ölkədəki və xarici şirkətlərdəki payları da bura daxildir.

Xatırladaq ki, R.Koçaryan 1998-2008-ci illərdə Ermənistanın prezidenti olub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol