“Linkoln” Bakıda: ucuz oteldə məskunlaşdılar - Foto

14:02 - 18 İyul 2023 - GÜNDƏM

 “Linkoln” Bakıda: ucuz oteldə məskunlaşdılar - Foto

Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan Cəbəllüttariqin “Linkoln” klubu cavab oyunu üçün Bakıya gəlib.

Komanda Azərbaycan paytaxtına çatmaq üçün 16 saat yol qət edib.

BUTA.TV xəbər verir ki, bu barədə klubun Feysbuk hesabında paylaşım edilib.

“16 saat sonra sağ-salamat Bakıdayıq”, - paylaşımda bildirilib.

“Linkoln”la bağlı daha bir maraqlı fakt komandanın Bakının mərkəzindəki otellərdən birində deyil, şəhərdən nisbətən kənarda ucuz oteldə məskunlaşmasıdır.

Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” - “Linkoln” saat 20:00-da başlayacaq. Tərəflər arasında ilk matç Azərbaycan çempionunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol