Baş katibin xüsusi nümayəndəsi Volker Pertezin TŞ-yə məlumat verəcəyini gözləyirdik. İndi bilirik ki, Sudan hökuməti bu görüşdə xüsusi nümayəndənin iştirak edəcəyi təqdirdə BMT-nin Sudandakı missiyasını bağlamaqla hədələyib.
BUTA.TV xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild Sudan hakimiyyətinin baş katibin Sudan üzrə xüsusi nümayəndəsi Volker Pertezi hədələməsini şərh edərkən deyib.
"Həqiqətən də iyrəncdir. Heç bir ölkə bir daimi nümayəndəni susdurmamalıdır, həmçinin BMT-ni də", - Qrinfild bildirib.
Qeyd edək Pertez BMT TŞ-nin iclasında iştirak etməyib.
Daha öncə Volker Pertez indiki hökumətin Sudanın birliyini qorumaq iqtidarında olmadığını və regional tərəfdaşların, region ölkələrinin etibarını itirdiyini deyib.
Hazırda ölkədə ordu ilə xüsusi təyinatlı qüvvələr arasında toqquşmalar yaşanır.
- Sabahın hava proqnozu açıqlandı
- Bayramov baş həkimi vəzifəsindən azad etdi - Foto
- İşdən çıxarılan məmura yeni vəzifə verdi
- Bakıda yük maşını sərnişin avtobusu ilə toqquşdu - Video
- Gülay atasının cinayət işinə görə idmandan uzaqlaşdırılıb
- Bakının mərkəzində aylardır qazılan yol təmir edilmir - Video
- Bu qrupda müsabiqə vəziyyəti yüksək olacaq...
- Anar Bayramov bu xanıma yüksək vəzifə verdi - Foto