Gürcüstanda saxlanıldıqdan sonra həbsdən azad edilən Şəmsi Səmədzadə artıq 10 gündür Azərbaycandadır.
BUTA.TV Ajans.az-a istinadla xəbər verir ki, Ş.Səmədzadə mal-qara oğurluğuna görə həbs edilməsi ilə bağlı iddiaların həqiqəti əks etdirmədiyini deyib.
O bildirib ki, baş verən hadisə yol-nəqliyyat qəzası və sonradan yaranan anlaşılmazlıqla bağlı olub.
Bununla yanaşı, o, Azərbaycanda biznes fəaliyyətini yenidən davam etdirəcəyini qeyd edib.
Ş.Səmədzadə Türkiyə ilə də sıx işgüzar əlaqələrinin olduğunu da vurğulayıb.
Qeyd edək ki, Şəmsi Səmədzadə bir müddət əvvəl Gürcüstanda saxlanılmışdı.
- Ağdamdakı görüntü ilə bağlı - Rəsmi açıqlama
- Naxçıvan əhalisi ilə bağlı maraqlı statistika
- Attestasiyadan narazı olanlara - Nazirlikdən cavab
- Şəmsi Səmədzadə həbsdən azad olundu
- Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
- Lerikdə əməliyyat: saxlanılan var
- Yeni ekspres marşrut fəaliyyətə başlayır: Gediş haqqı...
- Toplum TV işi: Onlara hökm oxundu