Separatçılar son günlər Rusiya sülhməramlılarına qarşı “aqresivlik” nümayiş etdirirlər.
Bu sözləri BUTA.TV-a hərbi ekspert Elxan Şıxəliyev Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları ilə burada yaşayan erməni sakinlər arasında yaşanan insidentlə bağlı danışarkən bildirib.
“Ermənilərin zirehli texnikanın qarşısını kəsməsi ciddi mahiyyət daşımır, bu, sadəcə erməni hiyləgərliyidir. Separatçı rejim beynəlxalq aləmə sülhməramlıların fəaliyyətini qənaətbəxş hesab etmədikləri ilə bağlı mesaj göndərmək istəyirlər. Onlar bu görüntüləri yayaraq, Rusiya sülhməramlılarının bölgədən çıxarılmasına və beynəlxalq qüvvələrin orada yerləşdirilməsinə nail olmaq niyyətinə düşüblər. Necə ki, Ermənistanda Avropa Birliyinin “mülki missiyası” yerləşdirilib, eynisini də Qarabağa tətbiq etmək istəyirlər. Bununla da Qarabağla bağlı istəklərini üçüncü gücün vasitəsi ilə həyata keçirməyə nail olmağa cəhd göstərirlər”, - o deyib.
Hərbi ekspert vurğulayıb ki, separatçıların Rusiya sülhməramlılarını provokasiyaya çəkməsi ciddi münaqişəyə gətirib çıxarmayacaq:
“Əslində, separatçıların mövcudluğunun yeganə səbəbi elə Rusiya sülhməramlılarıdır. Onlar orada olmasaydı, indiki vəziyyət də belə olmazdı. Ermənilər narazılıq görüntüsü yaratmağa çalışsa da, sülhməramlılar tam olaraq ermənilərin maraq və mənafelərini müdafiə edirlər. Xüsusən, helikopterlə daşımaların həyata keçirilməsi, bəzi istəklərin yerinə yetirilməsi, onların təhlükəsizliyinin təmin olunması hamısı sülhməramların üzərinə düşür. Ona görə də bunlar keçici ssenaridir”.
- Azərbaycan açıq dialoqa və konstruktiv tərəfdaşlığa üstünlük verir
- ABB və iTicket-dən həyat tərzi bankçılığına doğru mühüm addım
- ABŞ yenidən İranı vurmağa başladı
- Bu avtobusun hərəkət sxemi dəyişir
- Şəmil Sadiq: Bu müəlimlərin biliyi dərin deyil - Video
- 10 nəfərin öldüyü yanğın: onların cəzası azaldıldı
- Çimərliyə getmək istəyənlərin nəzərinə!
- Dayılardan bacısı qızlarını sevən yeniyetməyə amansız davranış