Erməni mediası bir neçə gündür Qafanda “atəş səsi eşidildiyi” haqda məlumat yayır.
BUTA.TV xəbər verir ki, yerli sakinlər kiçikhəcmli təyyarələr üçün nəzərdə tutulan Qafan aeroportunda qalxıb-enən təyyarələrə “atəş açıldığını” iddia edirlər.
Bildirilib ki, bu gün səhər saatlarında Ermənistan Təhlükəsizlik Şurası katibi Armen Qriqoryan və Baş nazir aparatının rəhbəri Araik Arutyunyan Qafana gəlib. “Arovat” nəşri “yerli şahidə” istinadla yazıb ki, onların təyyarəsi Qafana enərkən yaxınlıqda atəş səsi eşidilib.
Ermənistan Təhlükəsizlik Şurasından isə bildirilib ki, onlarda hər hansı atəşlə bağlı heç bir məlumat yoxdur və belə hadisə olmayıb.
Xatırladaq ki, ermənilər iki gün əvvəl də guya azərbaycanlının sərhəddən Qafan aeroportu istiqamətində “2-3 dəfə” atəş açdığını bildirmişdi.
Belə görünür ki, ermənilər panikadadırlar, Qafanda hər təyyarə qalxıb-enəndə “atəş səsi” eşidirlər.
Təyyarənin “səsini batıran” AK atəşini necə “duyurlar”, bu artıq ermənilərə və erməni mediasına aid sualdır.
- Samuxdakı kütləvi zəhərlənmə ilə bağlı araşdırma başladı
- Birinci yarımildə əmək və sosial müdafiə sahəsində görülən işlər...
- Sabahdan Bakıda və rayonlarda külək güclənəcək
- Samuxda kütləvi zəhərlənmə...
- “Rome2Rio”da Tbilisi marşrutu üzrə təqdim olunan tariflərlə bağlı - Açıqlama-Fotolar
- Azercell Cup-2026 proqramlaşdırma müsabiqəsinin ikinci mərhələsi...
- Bu təhlükə ilə üzləşdikdə dərhal yüksəkliyə qalxın! - FHN
- Prezident 1 sərəncam, 2 fərman imzaladı