Vətəndaş uşaqların gözü qarşısında narkotik vasitəsindən istifadə edib.
BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
İddia edilib ki, həmin şəxs narkotik qəbul edən zaman azyaşlı uşaq videonu çəkib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, əvvəllər bir neçə dəfə məhkum olunmuş Zaur Şirinov Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı iyun ayında şübhəli şəxs qismində saxlanılıb:
“Şəxsi axtarış zamanı ondan heroin aşkar edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə cinayət işi başlanılıb. Səsləndirilən iddialar istintaq predmetidir və hazırda da başlanmış cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir”.
- Samuxdakı kütləvi zəhərlənmə ilə bağlı araşdırma başladı
- Birinci yarımildə əmək və sosial müdafiə sahəsində görülən işlər...
- Sabahdan Bakıda və rayonlarda külək güclənəcək
- Samuxda kütləvi zəhərlənmə...
- “Rome2Rio”da Tbilisi marşrutu üzrə təqdim olunan tariflərlə bağlı - Açıqlama-Fotolar
- Azercell Cup-2026 proqramlaşdırma müsabiqəsinin ikinci mərhələsi...
- Bu təhlükə ilə üzləşdikdə dərhal yüksəkliyə qalxın! - FHN
- Prezident 1 sərəncam, 2 fərman imzaladı