Bəzilərimiz evlənmədən əvvəl yoldaşımızı çox yaxşı tanıdığımızı düşünsək də, eyni evi paylaşmağa başladıqda onun dəyişdiyini və ya fərqli xüsusiyyətlərə sahib olduğunu görə bilərik.
Astroloqlar bəzi xüsusiyyətlərinə görə evliliyə uyğun olmayan və evləndikdən sonra dəyişmə ehtimalı olan bürcləri müəyyən ediblər:
Şir bürcü olan insanlar şən olurlar, dostları ilə ünsiyyət qurmağı və vaxt keçirməyi sevirlər. Evdə olmaq onlar üçün deyil. Onlar münasibətlərində həmişə əylənmək və yaxşı vaxt keçirmək istəyir. Bütün bu gözəlliklərə baxmayaraq, Şir bürcünün həddindən artıq eqosu evlilik həyatını çətinləşdirə bilər. Bəzi Şirlər eqoist və zəhlətökən davranışları ilə sevdiyini görməzdən gələ bilərlər.
Oğlaqların təbiətcə sabit olduğu düşünülsə də, evləndikdə tamamilə fərqli insanlar ola bilərlər. Oğlaqlar eşq dövründə heç vaxt partnyorunu məhdudlaşdırmır və onu azad edir. Şəxsi həyatına hörmətlə yanaşır. Amma evləndikdən sonra zalım və hakim tərəflərini göstərməyə başlaya bilərlər. Çünki onlar həyat yoldaşlarına qarşı hakim olmaq istəyirlər. Həm Oğlaq kişiləri, həm də Oğlaq qadınları bu mövzuda eyni xüsusiyyətləri nümayiş etdirirlər. Onların qaydaları ilə yaşamağa çalışmaq bir müddət sonra həyatınıza pis təsir edə bilər.
Balıq bürcü ilə böyük sevgi yaşaya bilərsiniz. Onların ürəyi çox həssasdır. Balıqlar emosional və romantik olduqları üçün onlarla münasibət qurmaq çox xoşdur. Ancaq Balıqlarla evləndiyiniz zaman sizi dəyişdirməyə çalışa bilərlər. Onun emosionallığına və incikliyinə dözmək çətin ola bilər.
Oxatanlar heç böyüməyən uşaq kimidirlər. Onlar həmişə yeni yerlər görmək və səyahət etmək istəyirlər. Təkliyi sevən Oxatan üçün eyni evdə bir adamla yaşamaq qorxulu ola bilər. Belə olanda evlilikdən həzz ala bilməyəcəksiniz. Bu səbəbdən Oxatan bürcü ilə evlənməzdən əvvəl iki dəfə düşünməli ola bilərsiniz./
- Bu nazirliyin tabeliyindəki qurumların sayı artırıldı - Qərar
- Adil Kərimli BMT forumu üçün Portuqaliyaya getdi
- Ədalət Verdiyev həbs olundu
- İrandan 100 min insan Azərbaycana qaça bilər
- Bir gündə “Azimut”un ikinci “Superjet”i qəza enişi etdi
- Papikyan sərhədimizə gəldi - Foto
- Ərdoğan Azərbaycanla bağlı Putinə nə deyib?
- Bayden də təbrik etdi: bəs, COP29-dan biz nə qazandıq?