Qazaxıstan hakimiyyəti anomal isti hava şəraiti və suvarma üçün suyun olmaması səbəbindən Jambil vilayətinin altı rayonunda təbii xarakterli fövqəladə vəziyyət rejimi elan edib.
BUTA.TV xəbər verir ki, bu barədə Jambil vilayəti administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, baş nazirin göstərişinə uyğun olaraq, Bayzak, Jambil, Korday, Merken, T.Rıskulov və Talas rayonları fövqəladə vəziyyət rejimi elan edilib, fermerlərə dəyən zərərin ödənilməsi üçün vəsait ayrılıb.
Məlumata görə, bu il regionda suvarma suyunun olmaması və havaların anomal isti keçməsi səbəbindən sözügedən ərazilərdə məhsul itkisinin ötən illə müqayisədə təxminən 25-30 faiz olacağı gözlənilir.
- İnternetdə nasazlıq: 41 namizəd imtahan verə bilmədi
- Sabah Bakının bu ərazilərində işıq olmayacaq
- Gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salındı
- Bakıda bu küçələrdə hərəkət məhdudlaşdırılacaq
- Argentina ardıcıl ikinci dəfə finalda! - Video-Yenilənib
- Mehdiyevdən bu rayonların sakinlərinə xoş xəbər
- Sükanı siyasətdən BYD-yə çevirdi
- Nazir onu təqaüdə göndərdi - Yeni təyinat