İraqda Hakan Fidana 120 illik Osmanlı xəncəri hədiyyə edilib.
BUTA.TV-ın məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.
“Hakan Fidan Bağdada səfəri zamanı Türkiyənin Bağdad səfirliyində İraq Türkmən Cəbhəsinin nümayəndə heyəti ilə görüşüb. İclasda İraq Türkmən Cəbhəsinin prezidenti Həsən Turan və İraqdakı Türkmən İcmasının liderləri iştirak ediblər. İclasın sonunda keçmiş İTC prezidentlərindən biri olan və hələ də Türkmən Qardaşlar Dərnəyinin sədri vəzifəsini icra edən Faruk Abdullah Əbdürrəhman Hakan Fidana 120 illik Osmanlı xəncərini hədiyyə edib.” – deyə nazirliyin açıqlamasında qeyd olunub.
Qeyd edək ki, görüş mətbuata qapalı şəkildə davam edib.
- Köhnə yara, yeni oyun - Bir adanın kölgəsində
- İnternetdə nasazlıq: 41 namizəd imtahan verə bilmədi
- Sabah Bakının bu ərazilərində işıq olmayacaq
- Gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salındı
- Bakıda bu küçələrdə hərəkət məhdudlaşdırılacaq
- Argentina ardıcıl ikinci dəfə finalda! - Video-Yenilənib
- Mehdiyevdən bu rayonların sakinlərinə xoş xəbər
- Sükanı siyasətdən BYD-yə çevirdi