Estoniya parlamentinin və Avropa Parlamentinin üzvləri baş nazir Kaya Kallasın mümkün istefasının müzakirəsinə başlayıblar.
BUTA.TV xəbər verir ki, bu barədə RİA məlumat yayıb.
Məlumata görə, Kallasın istefasının istənilməsi əri Arvo Hallikə məxsus “Callas Stark Logistics” adlı nəqliyyat şirkətinin Rusiyayla işini davam etdirdiyi məlumatından sonra gündəmə gəlib.
“İstisna etmirəm ki, bu, parlamentin etimadının itirilməsinə və baş nazir Kallasın istefasına səbəb ola bilər. Unutmayaq ki, Kaya Kallasın son il yarımda populyarlaşmasının və İslahatçılar Partiyasının parlament seçkilərində güclü nəticəsinin əsas səbəbi məhz Rusiyaya qarşı mövqeyi olub”, - Avropa Parlamentinin deputatı Raymond Kalyulayd deyib.
- Köhnə yara, yeni oyun - Bir adanın kölgəsində
- İnternetdə nasazlıq: 41 namizəd imtahan verə bilmədi
- Sabah Bakının bu ərazilərində işıq olmayacaq
- Gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salındı
- Bakıda bu küçələrdə hərəkət məhdudlaşdırılacaq
- Argentina ardıcıl ikinci dəfə finalda! - Video-Yenilənib
- Mehdiyevdən bu rayonların sakinlərinə xoş xəbər
- Sükanı siyasətdən BYD-yə çevirdi