Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya Qara dənizdəki vəziyyətlə bağlı ultimatum vermək üçün səfər edəcək.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı ekspert Mixail Krutixin deyib.
“Təkcə Türkiyə deyil, bir çox ölkə Qara dəniz hövzəsində baş verənlərdən narahatdır. Çünki orada Ukrayna ilə Rusiya arasında qarşıdurma elə bir həddə çatıb ki, nəinki taxıl müqaviləsi ləğv edilib, hətta artıq gəmiçilik, limanlara giriş təhdidləri var və Ukrayna limanları Rusiyanın hücumuna məruz qalır.
Ərdoğanın isə bir mesajı var: bunu dayandırmaq lazımdır. Niyə? Birincisi, eyni Novorossiysk vasitəsilə Qazaxıstanda Çin şirkətləri, İtaliya, Amerika şirkətləri və avropalılar tərəfindən istehsal olunan neft ixrac edilir”, - ekspert bildirib.
- Argentina futbolçuları meydanda siyasi pankart açdı - Fotolar
- Köhnə yara, yeni oyun - Bir adanın kölgəsində
- İnternetdə nasazlıq: 41 namizəd imtahan verə bilmədi
- Sabah Bakının bu ərazilərində işıq olmayacaq
- Gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salındı
- Bakıda bu küçələrdə hərəkət məhdudlaşdırılacaq
- Argentina ardıcıl ikinci dəfə finalda! - Video-Yenilənib
- Mehdiyevdən bu rayonların sakinlərinə xoş xəbər