Yevgeni Priqojinin tələsik Afrikaya getməsi və sürətlə Rusiyaya geri qayıtması Baş Kəşfiyyat İdarəsinin (QRU) rəis müavini Andrey Averyanovun rəhbərliyi altında Afrikada “Vaqner”i tamamilə əvəz etmək üçün bir sıra tədbirlər hazırlaması ilə bağlı idi.
BUTA.TV xəbər verir ki, bu barədə “VÇQ OQPU” Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, bununla əlaqədar 20 min nəfərdən artıq ordu korpusunun yaradılması və təlim keçməsi nəzərdə tutulurdu. Priqojin buna son dərəcə qarşı idi və bunun qarşısını almaq üçün hər cür səy göstərdi.
Qeyd edək ki, Andrey Averyanov Sergey və Yuliya Skripalların Solsberidə zəhərlənməsi, Çexiyanın Vrtebitse şəhərindəki partlayış, bolqar silah taciri Yemelyan Gebrevin zəhərlənməsi kimi əməliyyatlara rəhbərlik edib.
Xatırladaq ki, ötən gün Priqojinin olduğu şəxsi təyyarə Moskvadan Sankt-Peterburqa gedərkən Tver vilayətində qəzaya uğrayıb. İlkin ehtimala görə, təyyarə HHM sistemi vasitəsilə vurulub.
Təyyarədə olan 3 ekipaj üzvü və 7 sərnişinin hamısı ölüb.
- Avqust ayının qeyri-iş günləri - Təqvim
- Odessada həlak olan gəmi kapitanının nəşi tapıldı
- Odessa yaxınlığında həlak olan gəmi kapitanının nəşi tapılıb - XİN
- Xameneinin dəfn olunduğu məqbərədə yanğın baş verdi - Video
- “Zirə” “Torpedo”ya qarşı - Canlı-Yenilənir
- Sabah bu ərazilərdə qaz olmayacaq
- Korrupsiya cinayəti törədən 13 şəxs cinayət başında tutuldu
- Kərim Vəliyev Belarusda hərbi obyektləri ziyarət etdi