Böyük Qayıdış proqramı çərçivəsində indiyədək 1767 nəfər məcburi köçkün doğma yurduna qovuşub.
Bu barədə BUTA.TV-ın sorğusuna cavabl olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib.
Qeyd edilib ki, 108 ailə (526 nəfər) Zəngilan rayonunun Ağalı kəndinə, 20 ailə (90 nəfər) Tərtər rayonunun Talış kəndinə, 234 ailə (904 nəfər) Laçın şəhərinə, 70 ailə (247 nəfər) Füzuli şəhərinə köçürülüb.
Köçürülənlər əsasən, Bakı, Sumqayıt və Abşeron olmaqla müxtəlif ərazilərdə, tikintisi yarımçıq qalmış bina, yataqxana, sanatoriya, pioner düşərgəsi və digər inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Sabah isə Zabux kəndinə ilk köç başlayacaq və 88 nəfər – 20 ailə yola salınacaq.
Beləliklə, doğma yurduna qayıdanların sayı 1855-ə çatacaq.
- Avqust ayının qeyri-iş günləri - Təqvim
- Odessada həlak olan gəmi kapitanının nəşi tapıldı
- Odessa yaxınlığında həlak olan gəmi kapitanının nəşi tapılıb - XİN
- Xameneinin dəfn olunduğu məqbərədə yanğın baş verdi - Video
- “Zirə” “Torpedo”ya qarşı - Canlı-Yenilənir
- Sabah bu ərazilərdə qaz olmayacaq
- Korrupsiya cinayəti törədən 13 şəxs cinayət başında tutuldu
- Kərim Vəliyev Belarusda hərbi obyektləri ziyarət etdi