Azərbaycanın qadın cüdoçusu Xədicə Qədəşova Xorvatiyanın paytaxtı Zaqrebdə yeniyetmələr arasında dünya çempionatında qızıl medal qazanıb.
BUTA.TV xəbər verir ki, 52 kiloqram çəki dərəcəsində fəxri kürsüyə qalxan idmançı Azərbaycan cüdo tarixinin ilk qadın dünya çempionu olub.
O, final görüşündə Fransa təmsilçisi Alisya Pulanjı məğlub edərək bu titula sahib çıxıb.
Qeyd edək ki, finalda uduzan Məhəmməd Musayev (60 kiloqram) və Əbil Yusubov (66 kiloqram) isə gümüş medalla kifayətləniblər.
- Argentina futbolçuları meydanda siyasi pankart açdı - Fotolar
- Köhnə yara, yeni oyun - Bir adanın kölgəsində
- İnternetdə nasazlıq: 41 namizəd imtahan verə bilmədi
- Sabah Bakının bu ərazilərində işıq olmayacaq
- Gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salındı
- Bakıda bu küçələrdə hərəkət məhdudlaşdırılacaq
- Argentina ardıcıl ikinci dəfə finalda! - Video-Yenilənib
- Mehdiyevdən bu rayonların sakinlərinə xoş xəbər