Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X-də (Tvitter) ABŞ-nin “The New York Post” nəşrindən senator Bob Menendesin həyat yoldaşının mümkün qanunsuz hərəkətləri barədə çıxarış paylaşaraq ermənipərəst siyasətçilərin fəaliyyətinin daha da araşdırılmasına çağırış edib.
Prezidentin köməkçisi sosial şəbəkədə yazıb:
“Pul hər şeyi həll edir! ABŞ və Avropadakı bütün anti-Azərbaycan ermənipərəst lobbiçilər və siyasətçilər daha da araşdırılmalıdır”.
H. Hacıyevin paylaşdığı “The New York Post”dakı xəbərin başlığında qeyd olunub: “Arvadı senator Bob Menendezin ofisinin federal araşdırma ilə üzləşdiyini etiraf etməsindən aylar əvvəl 400 min dollar qızıl külçə satıb”.
- Prezident fərman imzaladı
- Heydər Əliyevin cəsarəti və qətiyyəti sayəsində...
- Bağırov yeni idarə yaratdı, rəis təyin etdi - Foto
- İsa Qəmbər 33 il sonra Qarabağda... - Video
- Azərbaycanlı iş adamının 19 illik restoranı əlindən alınır
- Metroda nə baş verib? - Video
- Sabiq deputat yeni vəzifəyə təyin edildi
- 16 yaşlı qız qida zəhərlənməsindən öldü