Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində əvvəllər də narkotik vasitələrin saxlanılması və kultivasiyası ilə məşğul olduğu üçün məhkum olunmuş rayon sakini Azər Şəfiyev şübhəli şəxs qismində saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindəki sellofan torbadan 400 qrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayət xarakterli hadisələrin qarşısının alınması istiqamətində də tədbirlər keçirilib. Keçirilən tədbirlər zamanı Vüqar Vəliyevdən müvafiq icazəsi olmadan saxladığı 2 ov tüfəngi və 47 ədəd patron aşkarlanıb.
Faktlarla bağlı Qəbələ Rayon Polis Şöbəsində araşdırma aparılır.
“Hamı axırıncı manatını götürüb dollar almağa qaçır, 1 həftə sonra satır”
- Avqustda orta aylıq temperatur yüksək olacaq
- 36 yaşlI qadın yıxılıb başından xəsarət aldı, öldü
- Ağaclar qəsdən qurudulur: Polis hərəkətə keçdi - Video
- Kolleclərə ixtisas seçimi nə vaxt başlayır?
- Qumar oyunlarına görə cəzalar sərtləşdirilir - Prezident təsdiqlədi
- Sabah hava necə olacaq?
- Prezident fərman imzaladı
- Bağırov yeni idarə yaratdı, rəis təyin etdi - Foto