Müsbət cavab verildiyi halda biz dərhal müsbət reaksiya verəcəyik və gətirdiyimiz ərzaq yükünün erməniəsilli sakinlərə çatdırılmasını təmin edəcəyik.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) vitse-prezidenti Qafar Əsgərzadə deyib.
O bildirib ki, artıq bir həftədir AzQAC nümayəndələri və könüllüləri buradadır:
“AzQAC rəhbərliyi tərəfindən Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının komandanlığı ilə müvafiq danışıqlar aparılıb. Hələlik qarşı tərəfdən müsbət cavab almamışıq. Hazırda qarşı tərəfin cavabını gözləyirik. Müsbət cavab verildiyi halda biz dərhal müsbət reaksiya verəcəyik və ərzaq yükünün erməniəsilli sakinlərə çatdırılmasını təmin edəcəyik. Bundan başqa, müəyyən texniki məsələlər həllini tapandan, AzQAC əməkdaşlarının təhlükəsizliyinə tam zəmanət veriləndən sonra mütəxəssislər cəlb etməklə monitorinq işləri aparacağıq, qiymətləndirmə edəcəyik. Sonra isə erməniəsilli şəxslərin nəyə ehtiyacı olarsa, müəyyənləşdiriləcək, qiymətləndiriləcək və həmin ərzaqların, məhsulların onlara çatdırılmasına köməklik edəcəyik”.
- “Qarabağ” darmadağınla növbəti mərhələdə - Video-Yenilənib
- Bu gün bu rayonda qaz olmayacaq
- Ölkədə internetin sürəti açıqlandı - Rəsmi göstəricilər
- Bakının bir sıra ərazilərində qaz olmayacaq
- Rəhmanın dostu da dənizdə boğulubmuş - Video
- “Qarabağ”ın oyunu “CBC Sport”da canlı yayımlanacaq
- Azərbaycan Ermənistana plastik tikinti materialları ixracına başladı
- Taxt-taca çıxmaq üçün 3 il əsgərlik çəkdi - 150 ildən sonra ilk