UNESKO Qərbi Azərbaycan İcmasının çağırışına müsbət cavab verib.
Bu barədə BUTA.TV-a İcmadan məlumat verilib.
Bildirilib ki, Qərbi Azərbaycan İcması UNESKO ilə predmetli dialoqu çərçivəsində konkret mövzuları təşkilat rəhbərliyinə təqdim etmiş və mədəni irsin qorunması sahəsində icmalara müvafiq rol tanıyan beynəlxalq konvensiyalara uyğun olaraq, potensialın gücləndirilməsi sahəsində UNESKO-nun praktiki yardımlarını xahiş etmişdi.
UNESKO bu günlərdə İcmaya cavab məktubu göndərərək, mədəni irsin qorunması sahəsində İcmanın çağırışına uyğun olaraq müvafiq addımlar atacağını bildirib və potensialın gücləndirilməsi sahəsində dəstək göstərmək barədə İcmanın xahişinə müsbət cavab verib.
İcma Ermənistandakı Azərbaycan mədəni irsinin qorunması ilə bağlı imkanlarının artırılması, o cümlədən, müasir metodologiya əsasında mədəni abidələrin reyestrinin aparılması, onların vəziyyətinin qiymətləndirilməsi və bərpası üçün lazım olan addımların müəyyən edilməsi üçün UNESKO ilə praktiki əməkdaşlığı davam etdirəcək.
- “Bu ölkəyə səfər etməyin” - ABŞ səfirliyindən xəbərdarlıq
- “Qarabağ” darmadağınla növbəti mərhələdə - Video-Yenilənib
- Bu gün bu rayonda qaz olmayacaq
- Ölkədə internetin sürəti açıqlandı - Rəsmi göstəricilər
- Bakının bir sıra ərazilərində qaz olmayacaq
- Rəhmanın dostu da dənizdə boğulubmuş - Video
- “Qarabağ”ın oyunu “CBC Sport”da canlı yayımlanacaq
- Azərbaycan Ermənistana plastik tikinti materialları ixracına başladı