Bakıda və Abşeron yarımadasında sentyabrın 7-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, əsasən səhər və axşam bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.
Arabir güclənən şimal-qərb küləyi axşama doğru mülayimləşəcək. Havanın temperaturu gecə 20-24° isti, gündüz 24-28° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə və gündüz 60-70 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 19-24° isti, gündüz 25-30° isti, dağlarda gecə 10-15° isti, gündüz 15-20° isti olacaq.
- “Qarabağ” Konfrans Liqasında mübarizə aparacaq - Video-Yenilənib
- “Zirə” avrokuboklarla vidalaşdı - Video-Yenilənib
- Sabah Bakının bu üç ərazisində qaz olmayacaq
- Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru o oldu
- Notarius ilk məhkəməsində həbs edildi
- Ən bahalı mərasim: Xına aparıcılarının qiymətləri - Siyahı
- Prezident həmkarları ilə qolf oynadı - Fotolar
- “Vulkanın üstündə ev tikdilər, indi yatdığımız yerdə uçub tökülür” - Fotolar