Tural Pirverdiyev Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus Aztelekom MMC-nin baş direktoru təyin edilib.
BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, o, bu vəzifədə Elçin Niyazovu əvəz edib.
T.Pirverdiyev, 2008-2009-cu illərdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Neft-Qaz Constraction” şirkətində, 2009-cu ildən isə “Azercell Telecom” şirkətində müxtəlif vəzifələrdə çalışıb. O, bu təyinatadək “Azercell Telecom” şirkətinin maliyyə direktorunun müavini və nəzarət şöbəsinin müdiri vəzifələrində çalışıb.
T.Pirverdiyev, həm də nazirliyə məxsus, ləğv prosesində olan Bakı Telefon Rabitəsi MMC-yə rəhbər təyin edilib. Bu vəzifədə də E.Niyazovu əvəz edib.
Xatırladaq ki, “Aztelekom” 1996-cı ildən fəaliyyət göstərən eyniadlı İstehsalat Birliyinin bazasında 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 22,525 milyon manat təşkil edir. Milli rabitə operatoru olan şirkət fərdi və korporativ müştərilərə, rabitə operatorlarına və digər istifadəçilərə müxtəlif xidmətlər göstərir.
- Xankəndidə yanğın: üç tikiliyə ziyan dəydi
- Mənzildə çatışmayan sahənin pulunu geri ala bilərsiniz
- Azərbaycanda qaz ödənişləri ilə bağlı - Yenilik
- Bəzi rayonlara yağış yağdı, güclü külək əsdi
- Azərbaycan UEFA reytinqində ilk pillədə
- Cizgi filmləri uşaqların inkişafına necə təsir edir?
- İki gün sonra yeni sahibi bəlli olacaq - Dəyəri 1 milyondan bahadır
- “Bu ölkəyə səfər etməyin” - ABŞ səfirliyindən xəbərdarlıq